Almaniyadan Ukraynaya 50-yə yaxın tank göndərilir

Almaniyadan Ukraynaya 50-yə yaxın tank göndərilir
Dünya 11 Aprel 2022 19:30

Almaniyanın “Rheinmetall”şirkəti Ukraynaya 50-yə qədər “Leopard 1” tankı tədarük etməyə hazırlaşır.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Vurğulanıb ki, şirkət Almaniya hökumətindən “yaşıl işıq” alarsa, ilk tankları 6 həftə, qalanlarını isə öz törəmə şirkəti “Rheinmetall Italia” vasitəsilə yaxın üç ay ərzində Ukraynaya göndərə biləcək.