Zelenski Ukraynanın builki hədəflərini açıqladı

Zelenski Ukraynanın builki hədəflərini açıqladı
Dünya 08 Fevral 2024 10:30

Ukrayna bu il hava müdafiəsini gücləndirməyi, uzaqmənzilli imkanlarını artırmağı və Rusiyaya maksimum sistemli itkilər yaşatmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu il bizim vəzifəmiz təkcə hava qalxanımızı və Ukraynanın uzaq məsafəli imkanlarını maksimum dərəcədə gücləndirmək deyil, həm də Rusiyaya maksimum sistem itkiləri verməkdir. Söhbət xüsusilə Rusiyanın dondurulmuş aktivlərindən gedir. Ukrayna Rusiyanın aktivləri ilə bağlı qərarın mümkün qədər tez qəbul edilməsi üçün tərəfdaşlarla mümkün qədər enerjili işləyir”, - deyə Zelenski bildirib.