İmran Xanın yerinə yeni baş nazir seçildi

İmran Xanın yerinə yeni baş nazir seçildi
Dünya 11 Aprel 2022 16:19

Pakistan parlamenti ölkəyə yeni Baş nazir seçib.

SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.

Məlumata görə, ölkənin müxalif Pakistan Müsəlman Liqası partiyasının rəhbəri Şahbaz Şərif Baş nazir seçilib.

Xatırladaq ki, 70 yaşlı Şahbaz Şərif Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır.