ABŞ ordusu iki PUA-nı məhv etdi

ABŞ ordusu iki PUA-nı məhv etdi
Dünya 06 Fevral 2024 12:45

ABŞ ordusu Husi silahlı qruplaşmasına məxsus iki pilotsuz təyyarəni özünümüdafiə məqsədilə zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, hücum husilərin nəzarətində olan ərazilərə həyata keçirilib.

Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.