ABŞ Yəmənə yeni zərbələr endirib

ABŞ Yəmənə yeni zərbələr endirib
Dünya 06 Fevral 2024 09:30

ABŞ ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının istifadə etdiyi yerüstü pilotsuz uçuş aparatlarını hədəfə alaraq yeni zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

Qeyd olunub ki, ABŞ hərbçiləri bu dronları husilərin nəzarətində olan Yəmən ərazilərində aşkar edərək, onların regiondakı Amerika döyüş gəmiləri və ticarət gəmiləri üçün birbaşa təhlükə olduğu qənaətinə gəliblər.