Pakistanda silahlı hücum: 10 polis həlak oldu

Pakistanda silahlı hücum: 10 polis həlak oldu
Dünya 05 Fevral 2024 11:45

Pakistanın şimal-qərbində polis məntəqəsinə silah hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, polis məntəqəsinə hücum nəticəsində azı 10 polis ölüb, 6 polis isə yaralanıb.

Bildirilib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.