PUA-lar gəmilər üçün təhlükə yaratdı, ABŞ vurdu

PUA-lar gəmilər üçün təhlükə yaratdı, ABŞ vurdu
Dünya 03 Fevral 2024 19:00

Bu gün ABŞ ordusu Qırmızı dənizdə husilərə məxsus 4 PUA-nı vurub.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"ABŞ ordusu husilərin nəzarətində olan ərazilərdə dronları aşkar edərək, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə yaratdığını müəyyən edib. Bundan sonra özünümüdafiə məqsədilə PUA-lar məhv edilib", - məlumatda qeyd olunub.