PKK Türkiyə hərbçilərinə hücum etdi: şəhid var

PKK Türkiyə hərbçilərinə hücum etdi: şəhid var
Dünya 03 Fevral 2024 17:30

PKK terror təşkilatı İraqın şimalındakı antiterror əməliyyatı bölgəsində Türkiyə hərbçilərinə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində Türkiyə ordusunun çavuşu Qədir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb.

Yaralılar hospitala yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə ordusu Qəndil bölgəsində PKK terrorçularına havadan zərbələr endirmişdi.