Paris vağzalında bıçaqlı hücum: 3 nəfər yaralanıb

Paris vağzalında bıçaqlı hücum: 3 nəfər yaralanıb
Dünya 03 Fevral 2024 14:45

Fransanın paytaxtı Paris şəhərində vağzalda bir nəfər bıçaqla insanlara hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Fransanın yerli telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Lion vağzalında baş verib.

Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.