Kanadanın baş naziri Trüdo məscidə hücumu pisləyib

Kanadanın baş naziri Trüdo məscidə hücumu pisləyib
Dünya 02 Fevral 2024 15:13

Kanadanın baş naziri Castin Trüdo Mississauga ştatında məscidə edilən hücumu pisləyib və islamafobiyaya cəmiyyətdə yer olmadığını bildirib.

Sitat.info xəbər verir ki, Trüdo bazar günü Mississauga ştatında məscidə edilən hücumla bağlı sosial media hesabında açıqlama verib.

Sözügedən hücumun 29 yanvar 2017-ci ildə Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzi məscidinə edilən silahlı hücumun ildönümünə təsadüf etdiyinə diqqət çəkən Trüdo, sözügedən hücumu "qorxaq, narahatedici və qəbuledilməz" kimi qiymətləndirib.

Seymur Bənnayev

Sitat.info