Tehranda əsgər polisləri güllələyib, intihar etdi

Tehranda əsgər polisləri güllələyib, intihar etdi
Dünya 02 Fevral 2024 14:40

Tehranın Pakdəşt bölgəsində yerləşən 14-cü polis bölməsində əsgər iki polis əməkdaşını güllələyib.

Sitat.info xəbər verir ki, bu barədə Tehran Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 polis ölüb, 1 polis isə ağır yaralanıb.

Hadisədən sonra əsgər intihar edərək həyatına son qoyub.