Gürcüstanın baş nazir namizədi bu gün təsdiqlənəcək

Gürcüstanın baş nazir namizədi bu gün təsdiqlənəcək
Dünya 01 Fevral 2024 09:59

Bu gün Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verərkən İrakli Qaribaşvilinin partiyanın yeni sədri seçiləcəyi gözlənilir. 

Hakim partiya baş nazir postuna “Gürcü arzusu – demokratik Gürcüstan”ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatları təkzib etmir. 

Xatırladaq ki, sözügedən dəyişikliklər barədə məlumatı ilk olaraq Gürcüstanın “İmedi” telekanalı yaymışdı.