İsrail 116 gündə 2 min 269 qırğın törədib

İsrail 116 gündə 2 min 269 qırğın törədib
Dünya 31 Yanvar 2024 18:22

116 gündür İsrail ordusunun hücumuna  məruz qalan Qəzza zolağında 2269 qətliam həyata keçirilib. Bu qətliamlar böyük dağıntılara və minlərlə insanın həyatını itirməsinə səbəb olub.

Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına hücumlarının 116-cı gününün keçdiyi bildirilib.

İsrail ordusu Qəzza zolağında 2 min 269 qırğın həyata keçirib. Bununla da həyatını itirənlərin ümumi sayı 33 min 751 nəfər olub.

Kənan

Sitat.info