Avropada temperatur rekordu Siciliyada yenilənib

Avropada temperatur rekordu Siciliyada yenilənib
Dünya 30 Yanvar 2024 19:58

Ümumdünya Meteorologiya Təşkilatı təsdiqləyib ki, Avropa üçün rekord temperatur 2021-ci il avqustun 11-də İtaliyanın Siciliya adasında 48,8 dərəcə Selsi ilə qeydə alınıb.

Sitat.info xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yeni hesabatında yer alan yeni məlumatlar Beynəlxalq Klimatologiya Jurnalında da dərc olunub.

Hesabatda 11 avqust 2021-ci ildə Siciliya adasında ölçülən 48,8 dərəcə temperaturun Avropa üçün yeni rekord olduğu bildirilib.

Kənan

Sitat.info