Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çində 5,2 bal gücündə zəlzələ baş verib
Dünya 25 Yanvar 2024 09:30

Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info-nun məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çinin Aksu qəzasından 146 km qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.