Sərnişin qanadda boltların əskik olduğunu görüb, uçuş ləğv edilib

Sərnişin qanadda boltların əskik olduğunu görüb, uçuş ləğv edilib
Dünya 24 Yanvar 2024 15:57

Virgin Atlantic şirkətinin Nyu-Yorka uçacaq olan təyyarəsi keçən həftə bir sərnişinin təyyarənin qanadında bir neçə vintin əskik olduğunu gördüyünü söyləməsindən sonra uçuç dərhal ləğv edilib.

41 yaşlı britaniyalı səyyah Fil Hardi yanvarın 15-də İngiltərənin Mançester hava limanında VS127 reysi ilə uçarkən təyyarənin qanadında 4 boltun əskik olduğunu görüb və kabin heyətini xəbərdar etmək qərarına gəlib.

Virgin Atlantic nümayəndəsi bildirib ki, Airbus A330 təyyarəsi Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına planlaşdırılan reys yola düşməzdən əvvəl ona texniki baxış keçirmək üçün dərhal mühəndislər çağırılıb.

Türkan

Sitat.info