İranda polis bölməsinə silahlı hücum edildi

İranda polis bölməsinə silahlı hücum edildi
Dünya 24 Yanvar 2024 14:30

Yanvarın 23-ü gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərinin 12-ci polis bölməsinə silahlı hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, polis bölməsi və ətrafında avtomat silahlardan açılan davamlı atəş səsləri eşidilib.

Hadisənin təfərrüatı və hücumçuların kimliyi barədə məlumat verilməyib.