Almaniya ilk dəfə Ukraynaya helikopter verir

Almaniya ilk dəfə Ukraynaya helikopter verir
Dünya 24 Yanvar 2024 10:00

Almaniya ilk dəfə olaraq Ukraynaya “Sea King Mk 41” hərbi helikopterlərini təhvil verəcək.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Ukraynaya altı çoxməqsədli “Sea King M k41” helikopterini, həmçinin onlar üçün bir sıra aksessuarlar və ehtiyat hissələri təhvil verəcəyini vəd edib. Bundan əlavə, Berlin lazımi təlimləri təmin edəcəyinə söz verir.

“Bu, sınanmış və etibarlı helikopterdir ki, o, ukraynalılara bir çox sahələrdə kömək edəcək: Qara dəniz üzərində kəşfiyyatdan tutmuş əsgərlərin daşınmasına qədər”, - Pistorius bildirib.