Aİ: İsrail fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna veto qoya bilməz

Aİ: İsrail fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna veto qoya bilməz
Gündəm 23 Yanvar 2024 21:16

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Yaxın Şərqdə “iki dövlətli həll” mövzusunda israrını təkrarlayıb və İsrailin Fələstinlilərin öz müqəddəratını təyin etmə hüququna veto qoyma imkanının olmadığını vurğulayıb.

Sitat.info xəbər verir ki, Borrell, Brüsseldə keçirilən Aİ-Misir Assosiasiya Şurasından sonra Misirin xarici işlər naziri Samih Şükri və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında Misirin Yaxın Şərqdə mühüm aktorlardan biri olduğunu və əməkdaşlığın getdikcə davam edəcəyi mesajını verib.

Kənan

Sitat.info