Varşava döyüş təyyarələrini havaya qaldırdı

Varşava döyüş təyyarələrini havaya qaldırdı
Dünya 23 Yanvar 2024 14:30

Polşa və müttəfiqləri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyətinə görə öz təyyarələrini havaya qaldırıb.

Sitat.info xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb.

“Nəzərinizə çatdırırıq ki, Rusiyanın uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti müşahidə olunur. Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - nazirlik vurğulayıb.