ABŞ və Britaniya husi hədəflərini məhv etdi - VİDEO

ABŞ və Britaniya husi hədəflərini məhv etdi - VİDEO
Dünya 23 Yanvar 2024 12:15

ABŞ və Böyük Britaniya Yəməndə husilərin 8 hədəfinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə hər iki ölkənin yaydığı birgə bəyanatda qeyd olunub.

“ABŞ və Böyük Britaniya hərbçiləri öz hökumətlərinin əmri və Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə Yəməndəki husilərin 8 hədəfinə əlavə proporsional və lazımi zərbələr endiriblər”, - məlumatda bildirilib.

Zərbələr husilərin raket obyektlərinin yerləşdiyi yerlərə endirilib.

Britaniyadan bildirilib ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin paytaxtı Səna aerodromunun yaxınlığında Qırmızı dənizdə hücumlarda istifadə edilən iki hərbi obyekti vurmaq üçün “Pavevay IV” yüksək dəqiqlikli idarəolunan bombalardan istifadə edib.