ABŞ PUA-sı İraqda qəzaya uğradı

ABŞ PUA-sı İraqda qəzaya uğradı
Dünya 20 Yanvar 2024 11:30

ABŞ ordusuna məxsus PUA İraqdakı Bələd aviabazasının yaxınlığında qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, PUA-nın İraq hüquq-mühafizə orqanları tərəfindən götürüldüyü bildirilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, Pentaqon faktla bağlı araşdırma aparıldığını açıqlayıb.