NATO Baş Qərargah rəisləri Brüsseldə toplaşıb

NATO Baş Qərargah rəisləri Brüsseldə toplaşıb
Dünya 18 Yanvar 2024 19:59

NATO-nun Baş Qərargah rəisləri Brüsseldəki qərargahında toplaşıblar. Toplantıda Türkiyəni Baş Qərargah rəisi, ordu generalı Metin Gürak təmsil edir.

Sitat.info xəbər verir ki, ilk günün iclaslarında qərargah rəisləri NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planları müzakirə ediblər.

Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də dəyərləndirilib.

Türkan

Sitat.info