İran Pakistan ərazisindəki hədəflərə hücumları təsdiqləyib

İran Pakistan ərazisindəki hədəflərə hücumları təsdiqləyib
Dünya 17 Yanvar 2024 20:08

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Pakistan ərazisindəki hədəflərə hücum etdiyini təsdiqləyib.

Sitat.info xəbər verir ki, Abdullahiyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) sessiyasında çıxış edib.

İranın İraq, Suriya və Pakistana son raket hücumlarının “terrorla mübarizə çərçivəsində, İsrailin Qəzzaya hücumları ilə əlaqəli olmadığını” müdafiə edən Abdullahiyan deyib: “İraq və Pakistanın ərazi bütövlüyünə hörmət edirik, lakin  milli təhlükəsizliyimizin təhdid edilməsinə icazə verçəyəcəyik".

Seymur Bənnayev

Sitat.info