Blinken İranı təcavüzkarlıqda ittiham etdi

Blinken İranı təcavüzkarlıqda ittiham etdi
Dünya 17 Yanvar 2024 14:30

Kürdüstan Regional Hökuməti yaxın tərəfdaşdır və ABŞ İranın təcavüzünü açıq şəkildə pisləyir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken X platformasında paylaşım edib.

Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində biri uşaq olmaqla, bir ailənin 5 üzvü ölüb.