Səbuhi Məmmədlinin son durumu açıqlandı

Səbuhi Məmmədlinin son durumu açıqlandı
Gündəm 15 Yanvar 2024 17:25

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Səbuhi Məmmədovun səhhətində ciddi dəyişiklik yoxdur:

“Hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə alan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır. O, süni nəfəs aparatına qoşulub”.

Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır.

Xatırladaq ki, S.Məmmədli daha əvvəl hər iki ayağın amputasiyası əməliyyatı keçirib.