Husilər ABŞ gəmisinə raket atdı

Husilər ABŞ gəmisinə raket atdı
Dünya 15 Yanvar 2024 13:15

ABŞ döyüş gəmisinə yönəlmiş raketin qarşısı alınıb.

Sitat.info xəbər verir ki, ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan bölgəsindən atılan və Qırmızı dənizdə ABŞ hərbi gəmisini hədəf alan raketi Hüdeyda sahillərində vurub.

Qeyd edək ki, ABŞ və İngiltərə qoşunları Qırmızı dənizdə yük gəmilərinə hücum edən husilərin hərbi potensialını azaltmaq üçün dəniz və hava hücumları həyata keçirir.