Pəncə-Kilit bölgəsində 5 əsgər şəhid olub

Pəncə-Kilit bölgəsində 5 əsgər şəhid olub
Dünya 12 Yanvar 2024 23:09

Pəncə-Kilit bölgəsində terrorçuların təcavüz və sızma cəhdi nəticəsində 5 türk əsgəri şəhid olub. 3-ü ağır olmaqla 8 əsgər yaralanıb. İlkin məlumata görə, təmas zamanı 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyat davam edir.

Sitat.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında 5 türk əsgərinin şəhid olduğunu açıqlayıb.

Seymur Bənnayev

Sitat.info