Pentaqon hərbi bazalara hücumların sayını açıqladı

Pentaqon hərbi bazalara hücumların sayını açıqladı
Dünya 12 Yanvar 2024 10:30

Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-ın İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.

Sitat.info xəbər verir ki, bunu ABŞ ordusunun sözçüsü Patrik Reyder bildirib.

“Bu günə kimi hücumların ümumi sayı 130-dur. ABŞ-ın İraqdakı bazalarına 53, Suriyadakı bazalara isə 77 hücum təşkil edilib. Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumlarının sayı isə ötən ilin noyabr ayından bugünədək 27-yə çatıb”, - o bildirib.