Ukraynadan heç bir təhlükə olmamalıdır - Səfir

Ukraynadan heç bir təhlükə olmamalıdır - Səfir
Dünya 09 Aprel 2022 18:59

Ukrayna ərazisindən Rusiyaya heç bir təhlükə olmamalıdır.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Bu gün Kiyevin qeyri-nüvə statusunu və kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq müqavilələrə sadiqliyini möhkəmləndirmək üçün Ukraynanın denazifikasiyasına və demilitarizasiyasına nail olmaq son dərəcə vacibdir”, - səfir qeyd edib.