İsrail Qəzzanı işğal etmək istəmir - Netanyahu

İsrail Qəzzanı işğal etmək istəmir - Netanyahu
Dünya 11 Yanvar 2024 12:00

İsrailin Qəzzanı daimi olaraq işğal etmək və ya onun mülki əhalisini köçürmək niyyəti yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail Fələstin xalqı ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq qanunlara tam uyğun şəkildə edirik”, - o vurğulayıb.

Netanyahu Qəzzada mülki itkilərin sayının az olduğunu, lakin HƏMAS-ın itkilərin sayını süni şəkildə artırmağa çalışdığını bildirib.