Gürcüstanda torpaq sürüşməsi - Beynəlxalq əhəmiyyətli yol bağlandı

Gürcüstanda torpaq sürüşməsi - Beynəlxalq əhəmiyyətli yol bağlandı
Dünya 11 Yanvar 2024 09:45

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomagistralının152-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hazırda ərazidə yolun təmizlənməsi işləri davam etdirilir. Yolun yaxın vaxtlarda açılacağı gözlənilir.