Sabah Türkiyə bu ölkələrlə saziş imzalayacaq

Sabah Türkiyə bu ölkələrlə saziş imzalayacaq
Dünya 10 Yanvar 2024 19:00

Sabah Türkiyə Rumıniya və Bolqarıstanla İstanbulda Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma imzalayacaq.

Sitat.info xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat dərc edib.

"Qrupun fəaliyyəti yalnız dinc xarakter daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib", - məlumatda qeyd olunub.