Paşinyan Gevorqyanı vəzifəsindən azad etdi

Paşinyan Gevorqyanı vəzifəsindən azad etdi
Dünya 10 Yanvar 2024 18:30

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər nazirinin müavini Vahe Gevorqyanı vəzifəsindən azad edib.

Sitat.info xəbər verir ki, baş nazirin qərarı hökumət saytında dərc olunub.

Qeyd edək ki, Gevorkyan 2021-ci il sentyabrın 7-dən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, XİN rəhbərinin müşaviri olub.