İran İraq sularında ticarət gəmisini ələ keçirdi

İran İraq sularında ticarət gəmisini ələ keçirdi
Dünya 10 Yanvar 2024 13:13

Yanvarın 9-da İranın hərbi dəniz qüvvələrinə məxsus qayıqlar İraq sularında Tanzaniya bayrağı altında üzən ticarət gəmisini ələ keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə" məlumat yayıb.

Bildirilib ki, İran hərbçiləri gəmidən Tanzaniya bayrağını çıxararaq, İran bayrağını sancıblar.

Hadisənin təfərrüatı barədə açıqlama verilməyib./ axar.az