İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb
Dünya 09 Yanvar 2024 18:19

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığında bir fələstinlini öldürdüyü bildirilib.

Sitat.info xəbər verir ki, mövzu ilə bağlı Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Ramallah şəhərinin şimalında yerləşən Umm Səfa kəndinə atəş açması nəticəsində 31 yaşlı Amid İbrahim Semih Cuyusinin həyatını itirdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info