Avstriya kansleri Kiyevdə Zelenski ilə görüşdü

Avstriya kansleri Kiyevdə Zelenski ilə görüşdü
Dünya 09 Aprel 2022 15:43

Avstriya kansleri Karl Nehammer Ukraynanın paytaxtı Kiyevə səfər edib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, kansler səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

"Avstriya Rusiyanın təcavüzünə qarşı mübarizədə bizi dəstəkləyir. Federal kansler Karl Nehammerin səfəri Ukrayna xalqı ilə mühüm həmrəylik nümayişidir", - V.Zelenski bildirib.

Bundan başqa, kansler Ukraynanın Baş naziri Denis Şmıqal və Kiyev meri Vitali Kliçko ilə danışıqlar aparacaq.