Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub
Dünya 07 Yanvar 2024 10:30

Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ baş verib.

Sitat.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.