Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb

Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb
Dünya 06 Yanvar 2024 13:35

2024-cü il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Bad İşl (Avstriya), Tartu (Estoniya), Bodo (Norveç) bu il üçün Avropanın mədəniyyət paytaxtları elan olunub.

Qeyd edək ki, “Avropanın mədəniyyət paytaxtı” təşəbbüsü 1985-ci ildə hazırlanıb və bu günə qədər Avropa İttifaqı (Aİ) və ondan kənarda 60-dan çox şəhər bu statusa layiq görülüb. 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı olan şəhərlər isə Elefsina (Yunanıstan), Vesprem (Macarıstan), Timişoara (Rumıniya) olub.