ABŞ Haşdi Şabi liderlərindən birini məhv etdi

ABŞ Haşdi Şabi liderlərindən birini məhv etdi
Dünya 05 Yanvar 2024 13:50

ABŞ dronları tərəfindən Bağdadda İranın dəstəklədiyi Haşdi Şabi qruplaşmasına bağlı “Nəcəba Hərəkatı” liderlərindən Əbu Təqva əl-Səid məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Pentaqon sözçüsü general Patrik Rayder məlumat yayıb.

Pentaqon sözçüsü Əbu Təqva əl-Səidinin bölgədəki ABŞ hərbçilərinə qarşı hücumları fəal şəkildə planlaşdırdığını və yönləndirdiyini iddia edib.