Dəmir yolu vağzalının vurulma əmrini verən rus general...

Dəmir yolu vağzalının vurulma əmrini verən rus general...
Dünya 09 Aprel 2022 11:59

Ukraynada Kramatorsk dəmir yolu vağzalının raket zərbəsi ilə vurulma əmrini rus general Aleksandr Dvornikov verib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İngiltərənin BBC telekanalı iddia edib.

Bildirilir ki, A. Dvornikov 2015-ci ildə Rusiya tərəfindən Suriyaya göndərilən ilk yüksək rütbəli zabit kimi tanınır. O Suriyada əldə etdiyi uğurlara görə 2016-cı ildə “Qəhrəman” mükafatına layiq görülüb. Daha sonra isə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanı təyin edilib.

Hazırda Ukraynadakı döyüşlərdə Rusiya ordusuna rəhbərlik zabitlərdən biridir.