Yaponiyada zəlzələdə ölənlərin sayı 65-ə çatdı

Yaponiyada zəlzələdə ölənlərin sayı 65-ə çatdı
Dünya 03 Yanvar 2024 11:00

Yaponiyanın İşikava əyalətində və bölgənin Noto yarımadasının sahillərində baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 65-ə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə İşikava əyalət meriyası məlumat yayıb.

Dağıntılar altında hələ də vətəndaşların qaldığı bildirilir.

Bundan əlavə, aramsız yağışlar səbəbindən də rəsmi qurumlar torpaq sürüşməsi ilə bağlı sakinlərə xəbərdarlıq edib.