Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib
Dünya 02 Yanvar 2024 13:43

Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar saat 12:44-də Kutaisidən 36 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.