Qəzzada BMT-nin qərargahına sığınan 308 fələstinli öldürülüb

Qəzzada BMT-nin qərargahına sığınan 308 fələstinli öldürülüb
Dünya 29 Dekabr 2023 17:24

İsrail ordusu oktyabrın 7-də Qəzza zolağına hücumlara başladığı gündən bəri Birləşmiş Millətlər Təşkilatının (BMT) bölgədəki mərkəzlərinə sığınan 308 fələstinlini  öldürüb.

Sitat.info xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər üzrə Təşkilatının (UNRWA) X sosial media platformasında mövzu ilə bağlı açıqlama verilib.

Açıqlamada, İsrail ordusunun dekabrın 25-də Qəzzanın mərkəzi hissələrində yerləşən Meqazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı məktəbi birbaşa hədəfə aldığı, 2 fələstinlinin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info