İsrailin Dəməşqə növbəti hava hücumu təşkil etdiyi iddia edilib
İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi nöqtələrə növbəti dəfə hava hücumu təşkil etdiyi iddia edilib.
Sitat.info xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə yerli vaxtla saat 01:20-də İsrail qüvvələrinin hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələrin hədəf alındığı iddia edilib.
Xəbərdə deyilir: "Hava hücumundan müdafiə sistemlərimiz Livandan gələn düşmən raketlərini ələ keçirərək bəzilərini vurub. Hücum nəticəsində ziyan dəyib".
Seymur Bənnayev
Sitat.info