Bu bölgədə 6.5 ballıq zəlzələ oldu
Rusiya və Yaponiya yaxınlığındakı Kuril adaları sahillərində saat 12.15-də 6,5 bal gücündə zəlzələ baş verib.
İlkin məlumata görə, yerin təxminən 23,8 kilometr dərinliyində baş verən 6,5 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Kuril adaları kimi tanınan adalar silsiləsi Sakit okeanın şimalını Oxot dənizindən ayırır. Adaların bir tərəfində Yaponiyanın Hokkaydo adası, digər tərəfində isə Rusiyanın Kamçatka yarımadası yerləşir.
Ayna,
Sitat.info