Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...

Fidan Blinkenlə danışdı: F-16 ilə bağlı öhdəliklər...
Dünya 27 Dekabr 2023 18:25

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisindən keçməsi müzakirə olunub.

Bundan əlavə, H.Fidan ABŞ-ın F-16 təyyarələri ilə üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyinə inandığını bildirib.