Sərnişin təyyarəsi qaçaqçılıq şübhəsiylə Fransada 4 gün saxlanıldı

Sərnişin təyyarəsi qaçaqçılıq şübhəsiylə Fransada 4 gün saxlanıldı
Dünya 26 Dekabr 2023 22:03

Təchizat üçün eniş etdiyi Fransada insan qaçaqmalçılığı şübhəsi ilə 4 gün saxlanılan sərnişin təyyarəsi bu gün Hindistana eniş edib.

Sitat.info xəbər verir ki, Hindistan vətəndaşlarını daşıyan və Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan Rumıniyada yerləşən Legend Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 21-də yanacaq doldurmaq üçün Fransa hava limanına enib.

Təyyarə qaçaqmalçılıq şübhəsi ilə 4 gün Fransada saxlanılıb. Araşdırmalardan sonra bu gün, təyyarə yola düşüb və hindistana eniş edib. 

Kənan

Sitat.info