İsrail oktyabrın 7-dən 4 730 fələstinlini həbs edib

İsrail oktyabrın 7-dən 4 730 fələstinlini həbs edib
Dünya 25 Dekabr 2023 17:32

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 35 nəfərin daha tutulması ilə 4 730-a çatıb.

Sitat.info xəbər verir ki, mövzu ilə bağlı Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi tərəfindən birgə yazılı açıqlama verilib.

Açıqlamada, İsrail qüvvələrinin bu gün səhər saatlarında Tulkerim, Nablus, Ramallah, Bethlehem, Hebron və Şərqi Qüdsdə təşkil etdiyi basqınlarda daha 35 nəfəri nəzarətə götürdüyü bildirilib.

Kənan

Sitat.info