İsrail Qəzzanı fasiləsiz bombalayır

İsrail Qəzzanı fasiləsiz bombalayır
Dünya 22 Dekabr 2023 17:09

İsrailin blokada altındakı Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində çoxlu sayda fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail qüvvələri Qəzza zolağındakı Cibəlya Qaçqınlar Düşərgəsi, Rəfah və Xan Yunis şəhərləri də daxil olmaqla bir çox mülki yaşayış məntəqəsini havadan və qurudan bombalayıb.

Xan Yunis şəhərinə edilən hücumlarda ən azı 6 nəfər həyatını itirib, yaralananlar var. Ölənlərin və yaralıların cəsədləri şəhərdəki Nasser xəstəxanasına çatdırılıb.

Seymur Bənnayev

Sitat.info